Qırmızı.az
“Pul lazımdırsa, yenə verərəm” - Deputatdan 78 manat AÇIQLAMASI
“Mən də fikirləşdim ki, yəqin az pul
ayırırlar”
Milli Məclisin deputatı, Yeni Azərbaycan
Partiyasının (YAP) Siyasi Şurasının üzvü Eldar İbrahim digər
həmkarları kimi Somaya yardım kampaniyasına pul ayırıb. YAP-çı
deputat həmkarından fərqli olaraq Soma üçün cəmi 78 manat pul
verib.
Deputatın bu addımı sosial şəbəkələrdə müzakirə
mövzusuna çevrilib. Eldar İbrahimov Soma üçün az pul verdiyinə görə
qınağa tuş gəlib.
AzVision.az E.İbrahimovla əlaqə saxlayaraq nə üçün 78 manat verməsinin səbəbini soruşub.
“Siz o siyahını harda görmüsüz?. Mən bilmədim
məsələ nə yerdədir, dedilər ki, Somaya millət vəkilləri pul ayırır.
Mən də 100 dollar göndərdim. Novruz Aslanovla danışaram, əgər pul
lazımdırsa, daha çox pul ayıra bilərəm. Heç bir problem yoxdur. Mən
də fikirləşdim ki, yəqin az pul ayırırlar. Heç fikirləşmədən 100
dollar verdim” -deyə millət vəkili qeyd edib.
-
Sosial19:15
Cəsarət Valehova yeni vəzifə verildi? - YENİLƏNDİ
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 18:15
Ermənistanla sərhəddə 40 dirək quraşdırıldı
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı