Qırmızı.az
Dəhşətli faciə: 32 uşaq diri-diri yandı – VİDEO – FOTO
Kolumbiyanın Fundasion şəhərində kilsədən qayıdan uşaqların olduğu sərnişin avtobusu yanıb. Faciədə 32 uşaq və onları müşayiət edən bir valideyn diri-diri yanıblar.
Milli.az El Espectador-a istinadən bildirir ki, polisdən verilən məlumata görə, avtobusun partlaması və yanmasının səbəbi benzindir. Yolda olarkən avtobusun mühərriki sönüb. Sürücü Hayme Qutyerres də mühərriki işə salmaq üçün benzin bakından yanacağı götürərək kanistrlə bilavasitə mühərrikə töküb.
Mühərrik alışıb və alov çox qısa zamanda avtobusa yayılıb.
Sürücü və 18 sərnişin sağ qalıblar. 20 yaralı olduğu bildirilir.
Avtobusda həlak olmuş uşaqlar elə güclü yanıblar ki, onların kimliyini yalnız dişləri vasitəsilə müəyyənləşdirmək mümkündür.
Kolumbiya prezidenti Xuan Manuel Santos mayın
25-də keçiriləcək prezident seçkiləri ilə bağlı təbliğat
kampaniyasını dayandıraraq, ölkədə milli matəm elan edib.
Avtobusda diri-diri yanan uşaqlar 3-12 yaş arasında olublar.
Avtobusu kirayəyə götürmüş yevangelist kilsənin keşişi Roberto Padilya və sürücü H.Qutyerresə qarşı cinayət işi açılıb. Vəkil Maurisio Ramiresin dediyinə görə, bu adamları 60 il həbs gözləyə bilər.
Hayme Qutyerresin vəkili Dieqo Duke isə belə cəza ilə razı deyil: "Müvəkkilim ən uzağı 15 il müddətinə azadlıqdan məhrum olunmalıdır. Bu faciə bilərəkdən yox, təsadüfən baş verib. Biz keşişlə sürücünü cəmiyyətə bilərəkdən ağır ziyan vurmağa çalışan cinayətkarlarla müqayisə edə bilmərik".
Fundasion şəhərinin meri Luiz Estella Dura
faciənin ən ciddi şəkildə araşdırılacağını bildirib.
Şəhər sakini, 54 yaşlı Nelsoni Tapias avtobus faciəsində 6 nəvəsini itirib: "Ürəyim parçalanıb, ölmək istəyirəm. 6 balacanı itirdim".
Fundasion şəhər polisinin rəisi, general Karlos
Menanın dediyinə görə, 1993-cü ildə istehsal olunmuş Dodge
avtobusu köhnəlibmiş və azyaşlı sərnişinlərin daşınması üçün
nəzərdə tutulmayıb.
Keşiş Roberto Padilya şəhərdən qaçıb. Onun harada olduğu bilinmir.
Şəhər sakini Fanni Valseyronun dediyinə görə,
camaat bu keşişi tutmaq və diri-diri yandırmaq istəyib.
-
İqtisadi gündəm14:02
Türkiyə üçün tarixi şans: Ankara bunu siyasi "kozır"a çevirəcək
-
Sosial13:00
Əhməd Əhmədova ailə mülkiyyətindən pay düşürmü? - Vəkil danışdı
-
Dünya12:20
Ukrayna üçün şok proqnoz: "Sadəcə öləcək!"
-
Sosial11:45
Emin Ağalarovun ev verdiyi qadın görün kim imiş - VİDEO
-
Sosial11:30
Bakıda taksilərlə bağlı bu problem həll olunur: Daha narazılıq olmayacaq?
-
Sosial10:40
Azərbaycanlılara xaricdə ev aldıran səbəblər
-
Nəqliyyat10:00
Bakıda bir istiqamətdə hərəkət qismən məhdudlaşdırıldı
-
Elm və təhsil09:00
Bağçada işləyən müəllimlərə imtahanda hansı suallar veriləcək?