Qırmızı.az
Bu günə olan hava proqnozu
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 15-20°, gündüz 24-29° isti, Bakıda gecə 17-19°,
gündüz 26-28° isti olacaq.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək,
nisbi rütubət gecə 70-75, gündüz 50-60 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında, əsasən, axşam və
gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı
gözlənilir.
Temperatur gecə 11-16°, gündüz 24-29° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı,
Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy
rayonlarında, əsasən, axşam və gecə bəzi yerlərdə şimşək
çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 6-11°, gündüz 14-19° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl
rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam
bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı
gözlənilir.
Temperatur gecə 12-17°, gündüz 23-28° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar
rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam
bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı
ehtimalı var.
Temperaturun gecə 9-14°, gündüz 21-26° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən,
yağmursuz keçəcək. Lakin axşam bəzi qərb rayonlarında şimşək
çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 13-18°, gündüz 27-32° isti olacağı
gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara
rayonlarında hava, əsasən, yağmursuz keçəcək.
Temperaturun gecə 15-17°, gündüz 24-29° isti, dağlarda gecə 10-15°
isti, gündüz 15-20° isti olacağı gözlənilir.
-
Rəsmi xronika11:10
Biz buna imkan verə bilmərik - Prezident
-
Hadisə09:46
Rövşən Rzayev vəfat etdi - FOTO
-
Sosial09:30
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarıldı - Ucuz qiymətə... - VİDEO
-
Dünya08:36
Azərbaycanda bu qadağa qüvvəyə minir
-
Region08:24
Bəy gəlini toy karvanında qoyub qaçdı - ANBAAN VİDEO
-
Maraq dünyası06:46
Pitonla kral kobranın ərazi üstündə döyüşü izləmə rekordu qırır - VİDEO
-
Magazin104:44
Dilarə Əliyeva: "14 il keçib, hələ də bir insanla küsülüyəm" - VİDEO
-
Hadisə04:14
"Canavar gördüm" deyən 3 yaşlı qızın otağından görün nə çıxdı