Qırmızı.az
Həkimlərə şad xəbər – əməkhaqları 3 dəfədən çox artacaq
“Gələn ildən Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə başlanılacaq”.
Bunu AzNews.az-a Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr
müavini Musa Quliyev bildirib. Onun sözlərinə görə, Milli Məclisdə
qanun qəbul edilməsinə baxmayaraq, müəyyən maliyyə məsələləri ilə
bağlı icbari tibbi sığortanın tətbiqində gecikmə olub:
“Hazırda Azərbaycanda icbari tibbi sığortanın tətbiqi üçün proqram işlənilir. Gələn ildən bu işin icrasına başlanıldıqdan sonra həkimlərin əməkhaqlarının 3 dəfədən artıq yüksəldilməsinin şahidi olacağıq”.
Deputat vurğulayıb ki, icbari tibbi sığortanın tətbiqi nəticəsində ölkədə tibb işçilərinin əməkhaqları fərqli olacaq:“Burada hər bir tibb işçisinin gördüyü işə və ən əsası həkimin xəstələrə göstərdiyi xidmətə görə əməkhaqqı dəyişəcək. Həkimin göstərdiyi xidmətə görə, tibbi sığortadan ona əməkhaqqı faizi gələcək. Hesab edirəm ki, işinin peşəsindən layiqincə gələn həkimin əməkhaqqı 3 dəfə və bəlkə, bundan da çox artacaq”.
-
Dünya14:30
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
-
Magazin214:20
Məşhur müğənni estetik əməliyyatdan sonra tanınmaz hala düşdü - FOTO
-
İdman14:10
“Bavariya”da ara qarışıb: əfsanə müdaxilə etdi
-
Nəqliyyat13:40
Sürücülərə XƏBƏRDARLIQ
-
Magazin113:10
Mələkxanımın yeni villasından görüntülər - VİDEO
-
Ekologiya12:24
Sabahın havası: 30 dərəcə isti olacaq
-
Region12:12
Türkiyədə qeyri-adi təbiət hadisəsi baş verdi - FOTOLAR
-
Hadisə11:24
"TikTok" fenomeni naməlum şəxslər tərəfindən öldürüldü - FOTO