Tovuza dolu yağdı
Bizi izləyin

Qırmızı.az

Tovuza dolu yağdı

Mayın 25-də axşamüstü saat 17 radələrində Tovuz rayonuna dolu yağıb. Bu haqda Modern.az-a Tovuz rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Niftalı Qasımov məlumat verib.

Mayın 21-də baş verən təbii fəlakətə gəldikdə, güclü leysan yağması nəticəsində gələn sel 10 baş iribuynuzlu mal aparıb, 2 min hektar əkin sahəsini yuyub. Evlərə nə qədər ziyan dəydiyi ilə bağlı Fövqaladə Hallar Nazirliyində dəqiqiləşdirmələr aparılır. Yekun rəqəmi onlar deyəcək.

Bunu isə Tovuz rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Mahir Qasımov bildirib.

Fəlakətin onlardan əl çəkmədiyini deyən rayon rəsmisinin sözlərinə görə, dünən Ağbulaq, Molla Ayrım, Hacı Həsənli, Kirəm kəndlərinə 20 dəqiqə davam edən dolu yağıb: “70-80 faiz kartof sahəsi, lobya, meyvə-tərəvəz sahələri məhv olub. Daha 50 ha əkin sahəsi zərər görüb. Hətta bəzi yerlərdə dolu ağacların qabığını da çıxarıb. Hazırda hadisə yerində sənədləşmə gedir. Kirəm kəndinin bir hissəsinə çöx böyük ziyan dəyib. Evlərin dam örtükləri zərər görüb, Tovuzda təsərrüfat sahələri demək olar tamamilə məhv olub. Ancaq xoşbəxtlikdən insan tələfatı yoxdur”.

Qeyd edək ki, mayın 21-də axşam saat 20 radələrindən başlayaraq Tovuz rayonu ərazisinə güclü tufanla müşahidə olunan leysan yağıb. Nəticədə rayonda həyat iflic vəziyyətinə düşüb. 61 kəndə elektrik enerjisi verilməsi dayandırılıb. Nəqliyyat yolunu sel yuyub apardığından bəzi kəndlərə hərəkətdə məhdudiyyətlər yaranıb. Hadisənin nəticələrini araedan qaldırmaq üçün Fövqaladə hallar nazirliyində dəqiqləşdirmələr aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm