Qırmızı.az
Müdafiə nazirindən daha bir təyinat
Müdafiə naziri Zakir Həsənov Hərbi Hava Qüvvələrinin (HHQ) Hava Hücumundan Müdafiə qoşunlarına yeni rəis təyin edib. AzNews.az-ın məlumatına görə, nazirin əmri ilə bu vəzifəyə Daxili Qoşunların sabiq zabiti Tofiq Abbasov layiq bilinib. Məlumatda qeyd olunur ki, Tofiq Abbasov adıçəkilən quruma rəis təyin olunmamışdan əvvəl Daxili Qoşunda mayor rütbəsində çalışıb.
Bu günlərdə isə o, Müdafiə Nazirliyinə transfer olunaraq polkovnik-leytenant rütbəsi ilə təltif olunub. Əvvəlcə nazirliyin əməliyyat idarəsinə baş zabit, daha sonra isə Hava Hücumundan Müdafiə qoşunlarında rəis müavini kimi çalışıb. Qısa müddətdən sonra isə burda rəis vəzifəsinə yüksəlib. Maraqlı burasındadır ki, T. Abbasov polkovnik-leytenant olduğu halda, təyinatı general-mayor vəzifəsinə olub.
Məsələ ilə bağlı Müdafiə Nazirliyinin mətbuat Xidməti ilə
dəqiqləşdirmələr aparmaq cəhdimiz baş tutmadı. Qurumdan münasibət
bildirməkdən ötrü əvvəlcə bir neçə saat vaxt istədilər, sonra isə
bu barədə rəsmi cavab verməyəcəklərini söylədilər.
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO
-
Qoroskop17:18
Bürclər üçün gözlənilən xəbər: Önümüzdəki 4 ay boyunca...
-
Qarabağ 16:38
Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək
-
Sosial15:57
Azərbaycanda özünün xəbəri olmadan “şirkəti” olanlar: Vətəndaşı necə aldadırlar?
-
Dünya15:44
Bu ölkə ukraynalı diversantlara təlim keçir: Rusiya sərhədini yaracaqlar
-
Hadisə15:17
Ali Məhkəmənin hakimi intihar etdi - Şok səbəb
-
Rəsmi xronika14:54
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM