Bakıda cibgir "şair" tutuldu - VİDEO
Bizi izləyin

Qırmızı.az

Bakıda cibgir "şair" tutuldu - VİDEO

Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşlarına oğurluq məlumatı daxil olub. Söhbət yüksək qiymətli mobil telefon oğurluğundan gedir. Bölmənin əməliyyatçılarının keçirdiyi axtarış tədbirləri uğurlu olub.

Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşlarına oğurluq məlumatı daxil olub. Söhbət yüksək qiymətli mobil telefon oğurluğundan gedir. Bölmənin əməliyyatçılarının keçirdiyi axtarış tədbirləri uğurlu olub.

27-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili Ziyafəddin Məmmədov deyib ki, mobil telefonu Sumqayıt şəhər sakini 32 yaşlı Misirov Rasim Qasım oğlu oğurlayıb.


Məlum olub ki, Rasim Misirov Bakının bir neçə ərazilərindən də oğurluq və cibgirlik edib. Əldə olunan pullar əyləncəyə xərclənib. Yeyib-içməyi və dəniz kənarında gəzməyi xoşlayan Rasım poeziyaya meyilli olduğunu gizlətməyib

Rasim Misirov oğurluq üçün qapalı, ancaq insanların olduğu bir obyektə girirmiş. Axtardığı isə əsasən mobil telefon və pul olub. Özünün dediyinə görə, telefonların bir qismini satıb, bəzilərini isə sənəd tələb olunduğu üçün sata bilməyib, atıb. Rasim Misirovun əməlləri hazırda istintaqda araşdırılır.

27-ci polis bölməsindən onu da öyrəndik ki, R.Misirov təkcə bu ərazidə 3 belə fakt törədib. Ancaq üzərindən çıxan mobil telefonların çoxluğu onun başqa rayonların ərazilərindən də oğurluq etdiyinə dəlalət edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm