Qırmızı.az
Bakıda yol qəzasını araşdıran polis vuruldu - YENİLƏNİB / FOTO
Bu dəqiqələrdə Bakının Gəncə prospektində, Dövlət Sərhəd Xidməti Akademiyasının qarşısında faciəvi avtoqəza baş verdi.
Axar.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 90 HR 892 dövlət nömrə nişanlı “Mersedes” avtomobili yoldan keçən piyadanı vurub. Piyada hadisə yerindəcə keçinib.
Hazırda təcili yardım və Xətai RPİ-nin Yol polisi şöbəsinin əməkdaşları hadisə yerindədirlər. Xətai RPİ YPŞ-nin əməkdaşı Anar İbişov bildirib ki, sürücü polis idarəsinə aparılıb, ölənin şəxsiyyətinin müəyyənləşdirilməsi və hadisə ilə bağlı araşdırma başlayıb.
23:15
Baş verən yol hadisəsi ərazisində daha bir qəza yaşanıb.
Ppiyadanın ölümü ilə bağlı qəzanı araşdıran 10 YP 571 dövlət nömrə nişanlı polis maşını manevr edərkən, uzaqdan qəza yeri olmasına baxmayaraq, sürətlə hərəkət edən 90 ET 042 dövlət nömrə nişanlı "Hyundai sonata" markalı avtomobillə toqquşub. Nəticədə "Hyundai sonata" avtomobilində olan azyaşlı uşaq xəsarət alıb.
"Hyundai sonata" avtomobili sürücüsünün polis əməkdaşları ilə ciddi mübahisə etdiyi, hətta əsəblərinə hakim olmadığı bildirilir. Hadisə yerində qalmaqal yaşanır.
Əməkdaşımızın sözlərinə görə, hadisə yerinə əlavə polis qüvvələri çağırılıb. Digər polis əməkdaşları Gəncə prospektində avtomobillərin hərəkətini təmin etməyə çalışırlar. Buna baxmayaraq, yoldan keçənlər sıxlaşmaqda davam edir və yol büsbütün tıxanıb...
-
Cənubi Qafqaz13:01
Paşinyan sərhədimizə ordu göndərdi: Səhər saatlarında hərəkətə keçiblər
-
Sosial12:38
Ramin Məmmədov deputat mandatından məhrum edilir
-
Rəsmi xronika12:05
İlham Əliyev qəbul keçirdi
-
Rəsmi xronika11:10
Biz buna imkan verə bilmərik - Prezident
-
Hadisə09:46
Rövşən Rzayev vəfat etdi - FOTO
-
Sosial09:30
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarıldı - Ucuz qiymətə... - VİDEO
-
Dünya08:36
Azərbaycanda bu qadağa qüvvəyə minir
-
Region08:24
Bəy gəlini toy karvanında qoyub qaçdı - ANBAAN VİDEO