
Şəkidə avtomobil dərəyə yuvarlanıb, iki nəfər ölüb.
Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına
istinadən xəbər verir ki, Şəki rayonu, Böyük Dəhnə kəndində (rayon
mərkəzindən 30 km aralı) 1983-cü il təvəllüdlü Osmanov Ruslan
Əbdülrəhman oğluna məxsus "VOLKSWAGEN" markalı minik avtomobili
idarəetməni itirərək dərəyə yuvarlanması nəticəsində yol-qəza
hadisəsi baş verib.
Nəticədə avtomobilin sürücüsü R.Osmanov və sərnişin (qardaşı)
1988-ci il təvəllüdlü Osmanov Fəqan Əbdülrəhman oğlu aldıqları
bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər.
Yanğınsöndürən-xilasedicilər tərəfindən meyitlər avtomobildən
çıxarılaraq aidiyyatı üzrə təhvil veriliblər.