
Xaçmazda Çingiz Mustafayevə məxsus evdə yanğın hadisəsi
baş verib.
Hadisə şəhərin Dədə Qorqud küçəsi, ev 36 ünvanında qeydə alınıb.
Hadisə zamanı rayon sakini 39 yaşlı Çingiz Mustafayevə məxsus bir
mərtəbəli, 5 otaqlı mənzil qisa bir zaman ərzində yanaraq külə
dönüb.
Alov evin bütün otaqlarına yayılıb və mənzildə olan əşyaların
hamısı yararsız hala düşüb. Hadisə baş verən zaman evdə bir nəfər
olub. O, yanğın barədə qonşulara məlumat verib.
Bundan sonra hadisə yerinə 2 yanğınsöndürən maşını cəlb olunub.
Qısa bir zamanda görülən tədbirlər nəticəsində qarşısını almaq
mümkün olub.
Yanğının elektrik naqillərindəki qisaqapanmadan yarandığı
bildirilir.
Hazırda faktla bağlı araşdırmalar aparılır.