Qırmızı.az
Mingəçevirdəki qətllə bağlı rəsmi açıqlama
Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu qız adıyla yazışdığı üçün qətlə yetirilən dəhşətli cinayətlə bağlı birgə açıqlama yayıb.
Publika.az DİN-in saytına istinadən xəbər verir ki, daxili işlər və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Mingəçevir şəhərində törədilmiş qətlin "isti izlər"lə açılması və onun törədilməsində şübhəli bilinən şəxsin tutularaq məsuliyyətə cəlb olunması təmin edilib. Belə ki, iyunun 2-də Mingəçevir şəhər sakini Tural Quliyevin yaşadığı mənzildə üzərində zorakılıq əlamətləri olan meyiti aşkar olunub.
Faktla əlaqədar şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci
(qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış
tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən
Hacıqabul şəhər sakini Bəhram Dadaşov tutulmuş, məhkəmənin qərarı
ilə barəsində həbs qətimkan tədbiri seçilib. İlkin araşdırmalarla
müəyyən edilib ki, mayın 31-də axşam B.Dadaşov mobil telefon
vasitəsi ilə tanış olduğu, özünü “Gülər” kimi təqdim edən
T.Quliyevin evinə gəlmiş və gecə saat 03 radələrində münaqişə
zəminində sonuncunu qətlə yetirib.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam
etdirilir.
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ