Qırmızı.az
Yasamalda kütləvi dava – VİDEO
Yasamal rayonunda kütləvi dava baş verib.
ANS TV-nin məlumatına görə, paytaxtın Yasamal rayonu ərazisində,
“İnşaatçılar” metrosunun yaxınlığında kütləvi dava olub.
Dava axşam saatlarında metronun giriş-çıxışında baş verib. Hadisə
şahidlərinin sözlərinə görə, davada üç nəfər taksi sürücüsü,
ana-bala və onların qohumu iştirak edib. Ananın sözlərinə görə,
oğlunun bir taksi sürücüsündən 900 manat borcunu geri tələb etməsi
oradakılarn xoşuna gəlməyib və bu səbəbdən də dava yaranıb.
İlk öncə sürücülərin biri ilə əlbəyaxaya çıxan oğul bir neçə zərbə
aldıqdan sonra onun dostları və daha iki taksi sürücü də davaya
qoşulub. Bir müddət sonra sürücülər öz avtomobillərinə minərək
oradan uzaqlaşıblar.
Hadisə yerinə iki patrul və bir təcili tibbi yardım maşınları
gəliblər. Kütləvi dava ilə bağlı Yasamal Rayon Polis İdarəsində
başlanan araşdırmalar davam etdirilir.
-
Dünya14:30
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
-
Magazin214:20
Məşhur müğənni estetik əməliyyatdan sonra tanınmaz hala düşdü - FOTO
-
İdman14:10
“Bavariya”da ara qarışıb: əfsanə müdaxilə etdi
-
Nəqliyyat13:40
Sürücülərə XƏBƏRDARLIQ
-
Magazin113:10
Mələkxanımın yeni villasından görüntülər - VİDEO
-
Ekologiya12:24
Sabahın havası: 30 dərəcə isti olacaq
-
Region12:12
Türkiyədə qeyri-adi təbiət hadisəsi baş verdi - FOTOLAR
-
Hadisə11:24
"TikTok" fenomeni naməlum şəxslər tərəfindən öldürüldü - FOTO