Qırmızı.az
Bakı-Naxçıvan təyyarəsində qəza - 8 yaralı var
“Hər zaman təyyarə ilə yola düşəndə uçuş heyətinin “Təhlükəsizlik kəmərlərini bağlayın!” təlimatını eşidirik. Amma bir çox sərnişinlər bu mühüm təlimata riayət etməyi vacib saymır”.
“Azərbaycan Hava Yolları” QSC prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli bildirib ki, bu gün “Boeing-757” təyyarəsi ilə Bakıdan Naxçıvana 2253 saylı reyslə uçan gəmi heyəti məhz belə bir vəziyyətlə qarşılaşıb.
Belə ki, təyyarə enişə başlayarkən təhlükəsizlik kəmərlərinin bağlanması barədə təkrar təlimat verilib. Hava gəmisində 180 sərnişin olub. Təyyarə enməyə davam edərkən qəfildən 2-3 saniyəlik güclü hava burulğanına düşüb. Bu zaman təhlükəsizlik kəmərlərini bağlamayan 8 sərnişin müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Hadisədən az sonra təyyarə Naxçıvan Beynəlxalq Hava Limanına standart eniş edib. /Qafqazinfo/
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır