.jpg)
Tərtər rayonunda yağan yağışlar nəticəsində sel suları
bir neçə kəndlərdə problemlər yaradıb.
Havanın kəskin dəyişməsi Tərtərdən də yan keçməyib. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Tərtər rayonunda yağan yağışlar nəticəsində sel suları Borsunlu, Dəmirçilər və Sarov kəndlərində bir neçə evin zirzəmisinə dolub.
Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi müvafiq
xilasetmə qüvvələri və texnikası ilə yağıntının fəsadlarını aradan
qaldırmaq üçün əraziyə cəlb edilib.
Əlavə məlumat veriləcək.