Qırmızı.az
Vatikanda Azərbaycanla bağlı əlyazmalar tapılıb
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Əlyazmalar İnstitutu Vatikanda Azərbaycanla bağlı 153 yeni tarixi sənəd və əlyazma aşkarlayıb.
AMEA-dan Trend-ə verilən məlumata görə, alim Fərid Ələkbərlinin Vatikanın Məxfi Arxivinə və Apostol Kitabxanasına uzunmüddətli ezamiyyətləri (2011-2014) bu il başa çatıb. Ezamiyyətlərin məqsədi Vatikan arxivlərində Azərbaycana aid tarixi sənədlərin aşkar edilməsi və ilkin araşdırmaya cəlb olunması idi.
Vatikan arxivlərində Azərbaycan tarixi ilə bağlı qiymətli mənbələr mühafizə olunur. Vatikan Məxfi Arxivində 700-dən çox sənəd araşdırılıb və Azərbaycan tarixinə aid 85 sənəd aşkar olunub. Bu sənədlər italyan, latın, yunan, fransız, ərəb, fars, türk, monqol, erməni və sair dillərdədir. Tədqiqatlar nəticəsində aşkar edilmiş sənədlər X-XX əsrləri, yəni Azərbaycan tarixinin minillik dövrünü əhatə edir. Aşkar edilmiş sənədlər arasında orta əsr Azərbaycan hökmdarlarının (Elxani, Səfəvi, Əfşar, Qacar və s.) Roma papaları ilə məxfi yazışmalarını əks etdirən məktublar da var. Başqa sənədlər Vatikan kilsəsinin Azərbaycanda apardığı dini fəaliyyət və təbliğatla bağlıdır.
Vatikan Apostol Kitabxanasında aparılan araşdırmalar zamanı 400-dən çox qədim əlyazma əsəri tədqiqata cəlb olunub. Bunun nəticəsində həmin kitabxanada orta əsr Azərbaycan müəlliflərinə məxsus 68 qədim əlyazma əsəri və çoxlu sayda xəritə aşkar edilib. Bunlar Azərbaycan (türk), fars, ərəb dillərində olan orta əsr əlyazma kitablarıdır. Onların arasında məşhur Azərbaycan müəlliflərinin (Nizami, Füzuli, Nəsimi, Şəbüstəri, Sührəvərdi və b.), eyni zamanda, indiyə qədər adı bizə məlum olmayan orta əsr müəlliflərinin 11 əsəri var.
-
Sosial16 Mart 23:00İşləyənlərin nəzərinə: 19 martla bağlı qərar verildi
-
Sosial16 Mart 22:18Bakı metrosunda yeni qadağa: 30 manat cərimələnmək istəmirsizsə... - Foto
-
ABŞ16 Mart 21:39Trampdan bu ölkələrə çağırış: Gəlib bizə kömək edin!
-
Ekologiya16 Mart 21:26Güclü maqnit qasırğası baş verəcək - Xəbərdarlıq edildi
-
İnanc16 Mart 19:30Ramazanın 27-ci günü: Dua, imsak və iftar vaxtı
-
İdman16 Mart 19:20Abramoviçin vaxtındakı pozuntular: “Çelsi” cəzalandı
-
Ekopublika.az16 Mart 19:00Bakının bütün rayonlarında kirayə qiymətləri artıb - Yeni rəqəmlər
-
Ekologiya16 Mart 18:10Martın 17-si ilə bağlı əhaliyə xəbərdarlıq
































