29 min müəllim imtahan verdi
Bizi izləyin

Qırmızı.az

29 min müəllim imtahan verdi

29 min müəllim imtahan verdi

4 gün davam edən Bakı şəhər məktəblərinin müəllimlərinin Sınaq Qiymətləndirilməsi başa çatıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Publika.az-a verilən məlumata görə, 30 yerdə təşkil olunan mərkəzlərdə Bakı şəhərində fəaliyyət göstərən 357 dövlət ümumtəhsil müəssisələrində çalışan 29 000-ə qədər müəllim (ümümi kontingentin 95%-dən çoxu) iştirak edib.

Hazırda Cavab Kartlarının emalı prosesi gedir. Proses tam başa çatdıqdan sonra müəllimlər öz nəticələrini saytımızda yaradılacaq xüsusi bölmədə öyrənə biləcəklər.

Sınaq Qiymətləndirmədə istifadə edilmiş suallar və düzgün cavabların da saytımızda və FB səhifəmizdə yerləşdirilməsi nəzərdə tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm