Qırmızı.az
Gəncədə ana uşaqlarının gözü qabağında öldürüldü (TƏFƏRRÜAT)
Gəncədə baş verən dəhşətli qətlin təfərrüatları məlum olub.
Gəncədə 38 yaşlı qadın iki övladının gözü qarşısında qətlə
yetirilib. Hadisəni törədən şəxs isə yaralıya kömək etməmələri üçün
uşaqları da hədələyib. Özü isə hadisə yerindən qaçıb.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Puşkin küçəsi
55 ünvanında 38 yaşlı Mayisə Ələkbərova evdə övladlarının gözü
qarşısında bıçaqlanıb. Onu xəstəxanaya çatdırsalar da, həkimlər
həyatını xilas edə bilməyib.
Bıçaqlanmanın şahidi olmuş mərhumun övladları deyir ki, hadisəni
törədən şəxs əvvəlcə analarına bıçaq xəsarəti yetirib. Sonra sinə
nahiyəsinə yod töküb. Uşaqlara isə kömək çağıracağı və polisə
məlumat verəcəyi halda ölüdəcəyini bildirib. Özü isə hadisə yerini
tərk edib. Qorxu içərisində qalan uçaqlar bir saatdan çox heç kimə
xəbər verməyiblər.
Hadisədən Mayisənin qonşuluqda yaşayan valideynləri xəbər tutub.
Gəncə şəhər Prokurorluğunun hadisə ilə bağlı yaydığı ilk məlumatda
bildirib ki, Mayisə Ələkbərova qeyri-rəsmi nikah münasibətlərində
olduğu 31 yaşlı Hilal Bayramovla mübahisə etdikdən sonra özünü
bıçaqlayıb.
İstinaqın gedişi başqa məqamlara işıq salıb. Prokurorluğun ikinci
açıqlamasında isə qeyd olunur ki, Mayisə Ələkbərova özü tərəfindən
deyil, Hilal Bayramov tərəfindən bıçaqlanıb.
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən Hilal Bayramov
saxlanılıb.
Fakt üzrə cinayət işi başlanıb.
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO