Qırmızı.az
Bakıda sürücü avtomobilini tarixi binaya çırpdı
Gecə Bakının Səbail rayonunda yol nəqliyyat hadisəsi başverib. İstiqlaliyyət küçəsində qeydə alınan hadisə zamanı üzü Qoşa qala qapısı istiqamətində hərəkət edən “VAZ 21 015” markalı avtomobil idarəetməni itirərək yolun piyadalara aid hissəsinə keçib. Nəqliyyat vasitəsi əvvlcə Milli Elmlər akademiyasının Əlyazmalar istitutunun yerləşdiyi binaya çırpılıb. Daha sonra avtomobil yoldan çıxaraq aşıb.
Qəza zamanı avtomobilin sürücüsü 21 yaşlı Emin Kazımov xəsarət
alıb. Yaralı hadisə yerinə cəlb edilən təcili tibbi yarım
avtomaşınıilə 1 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, boyun nahiyəsindən xəsarət alan
Emin Kazımova lazımi yardım göstərilib, hazırda onun vəziyyəti
stabildir.
Qəza baş verən ünvanda isə Səbail rayon polis idarəsinin
əməkdaşları tərəfindən araşdırma aparılıb. Hadisənin dəqiq baş
vermə səbəbləri isə təyin ediləcək avtotexniki və tibbi
ekspertizaların rəyindən sonra məlum olacaq. /Ans/
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Avropa bankının pulunu mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat
-
ABŞ14:23
Dəhşətli terror aktları olacaq: Amerikalı general hazırlıq görməyə çağırdı