Qırmızı.az
Ordumuzun zabiti intihara cəhd edib
Ötən gün səhər saatlarında Bakının Pirallahı rayonunda gicgahından güllə yarası alan zabit komadan ayılıb.
Bu barədə Neyrocərrahiyyə İnstitutunun reanimasiya şöbəsinin həkimi
Fərid Qaralov ANS PRESS-ə məlumat verib. Həkimin sözlərinə görə,
ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən 1986-cı il təvəllüdlü
Nicat Rüstəmovun huşu artıq özünə gəlib.
“Xəstədə hərəkət var. Dünən komada idi, indi yaralarına görə
vəziyyəti stabildir. Lakin xəstənin 10 gün sonra nə vəziyyətə
düşəcəyi bilinmir. Bütün həkim heyəti xəstənin həyatda qalması üçün
əlindən gələni edir”, - deyə Fərid Qaralov bildirib.
Zabitin güllələnməsi məsələsinə gəlincə, bildirilir ki, Nicat
Rüstəmov özü özünü güllələyib. Onun ailəsində problemləri olduğu
deyirlər. Bu səbəbdən də, zabit intihara cəhd edib.
Qeyd edək ki, ötən gün Türkan-Hövsan yolunda yerləşən həbçi hissədə
Dövlət Sərhəd Xidmətinin leytenantı Nicat Rüstəmov gicgah
nahiyyəsindən güllə yarası alıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya
yerləşdirilib. Xəstə reanimasiya şöbəsinə yerləşdirilərkən komada
olub.
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO