Qırmızı.az
Əxlaqsızlıqla məşğul olan qadının ETİRAFLARI
Azərbaycanlı qadınları Ankarada satan qadının məhkəməsi başladı.
Teleqraf.com xəbər verir ki, Ötən gün Nərimanov rayon Məhkəməsində azərbaycanlı qadınları Türkiyəyə aparmaqda və əxlaqsızlıq yuvaları təşkil etməkdə təqsirli bilinən Cəbrayıl rayon sakini, 1991-ci il təvəllüdlü Fəxriyyə Qədimalıyevanın məhkəməsi başlayıb.
Fəxriyyə Qədimalıyeva bu il fevralın 13-də Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.
Fəxriyyə Qədimalıyeva gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etməsi və insan alveri ilə məşğul olması müəyyən olunub. Onun Azərbaycan vətəndaşları olan qadınları 2013-cü ildə Türkiyə Respublikasının Ankara şəhərinə apararaq cinsi istismara məruz qoyması faktı aşkar edilib.
Fəxriyyə Qədimalıyeva Cinayət Məcəlləsinin 243.1-ci (fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə ittiham olunur.
Hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. Fəxriyyə Qədimalıyeva elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, deyib ki, azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymayıb.
Fəxriyyə Qədimalıyeva Bakı şəhərində ayrı-ayrı ünvanlarda kirayə tutduğu mənzillərdə əxlaqsızlıq yuvası təşkil etməsini etiraf edib.
Məhkəmə iclası iyunun 19-da davam edəcək.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR