Qırmızı.az
“Məmməd yaxşı işçi idi” – Aydın Bəşirov işdən çıxarılan baş həkimdən DANIŞDI
Prezidentin sərəncamı ilə ləğv olunan Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov Mərkəzi Dənizçilər Xəstəxanasının (“Kaspar”) baş həkimi Məhəmməd Ramazanovun vəzifəsindən azad olunmasına münasibət bildirib.
A.Bəşirov Publika.az-a açıqlamasında sözügedən hadisədən xəbərsiz olduğunu söyləyib:
“Onu tanıyıram, “Tərəqqi” medalı da alıb. Yaxşı həkim olub. Oğlu da yaxşı həkimdir. Mən ona həmişə “Mamed” deyirdim. O çoxdandır ki, orada işləyirdi. Bildiyim qədər, o, yeni yaradılan qurumda müavin qalmışdı”.
A.Bəşirov Məhəmməd Ramazanovun onun kadrı hesab olunması məsələsinə də aydınlıq gətirib:
“Məmməd Ramazanov 20 ilə yaxındır ki, orada işləyib. Məgər mən Tibb Universitetinin rektoruyam ki, o da mənim kadrım olsun? O, neçə illərdir ki, orada işləyib. Məmməd yaxşı işçi idi, oğlu da yaxşı həkimdir. Oğlunu işə də mən götürmüşəm”.
Xatırladaq ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin balansında olan Mərkəzi Dənizçilər Xəstəxanasının (“Kaspar”) baş həkiminin işdən çıxarılması ilə bağlı AzNews.az-a məlumat daxil olub.
Bildirilir ki, Məhəmməd Ramazanov Səhmdar Cəmiyyətin rəisi Rauf Vəliyevin istəyinə uyğun olaraq vəzifəsindən kənarlaşdırılıb. Onun yerinə isə Gerasim Rüstəmov təyin edilib.
Vasif Həsənli
-
Dünya02:00İran dünyanın ən böyük maye qaz kompleksinə zərbə endirdi - Qətər sərt addım atdı
-
Qoroskop01:40Günün ulduz falı: gələcəklə bağlı planlarınızı yenidən nəzərdən keçirin!
-
Dünya00:55Xəzər dənizindəki İran gəmiləri vuruldu
-
ABŞ18 Mart 21:39ABŞ vizası almaq istəyənlərin nəzərinə: On beş min dollar və ya…
-
Dünya18 Mart 20:12İranın xəbərdarlığı bazarları silkələdi: Neft obyektləri boşaldılır
-
İnanc18 Mart 19:50Ramazanın 29-cu günü: Dua, imsak və iftar vaxtı...
-
Kriminal18 Mart 19:4016 yaşlı Nuranəni boğaraq Kürə atan şəxsin cəzası ağırlaşdırıldı
-
Region18 Mart 18:50Pezeşkian onların ölümündən yazdı




































