Qırmızı.az
Fərdi ev tikənlər üçün maraqlı xəbər
Azərbaycanda tikintisi üçün icazənin tələb olunmadığı yaşayış
binaları ilə bağlı qanunvericiliyə yeni əlavə edilib.
Publika.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında müzakirə edilən “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə əsasən, barəsində məlumatlandırma icraatı təqdim edilən yaşayış evlərinin ara məsafəsi divarın hündürlüyünün 0,3 hissəsini təşkil etməlidir.
Məlumatlandırma icraatı mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırmalarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi zamanı tətbiq edilir. Belə binaların tikinti layihəsi üçün yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur. Onların tikintisinə icazənin verilməsi tələb olunmur.
Qeyd edək ki, binaların xarici divarlarının önündə ara məsafəsi
sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü
tikinti obyektlərinin inşasına yol verilmir.
Qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.
Asif
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ