MTN əməliyyatının təfərrüatları - VİDEO
Bizi izləyin

Qırmızı.az

MTN əməliyyatının təfərrüatları - VİDEO

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində 137 kiloqram heroinin, həmçinin 48 kiloqram gümüş məmulatlarının qaçaqmalçılığı ilə məşğul olan şəxslər cinayət başında yaxalanıblar.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində 137 kiloqram heroinin, həmçinin 48 kiloqram gümüş məmulatlarının qaçaqmalçılığı ilə məşğul olan şəxslər cinayət başında yaxalanıblar.

Narkotik vasitələrin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan vətəndaşları Qurbanov İlhamiz Məhəmməd oğlu və Ağayev Vidadi Xanlar oğlu saxlanılıblar.

Məlum olub ki, İlhamiz Qurbanov, Vidadi Ağayev və qeyriləri, hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının ərazisində olan Əhməd adlı bir nəfər qabaqcadan əlbir olaraq satış məqsədilə təxminən bir kiloqram heroni İrandan qaçaq yolla Azərbaycan ərazisinə gətiriblər.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş digər əməliyyat tədbiri nəticəsində isə İrandan-Azərbaycana qaçaq yolla narkotik vasitənin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan vətəndaşı Hüseynzadə Əhməd Əmiraslan oğlu saxlanılıb. Saxlanılan şəxsin üzərinə baxış zamanı, təxminən bir kiloqram heroin aşkar edilərək götürülüb. Hər iki faktla bağlı cinayət işləri başlanılıb, istintaq gedir.

Milli Təhlükəsizlik Nazirliyi və Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti tərəfindən birgə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində uzun müddət İran İslam Respublikasından və Tacikistandan Rusiyaya qaçaq yolla narkotik vasitələrin daşınması ilə məşğul olan iki nəfər Qırğızıstan vətəndaşı, bir nəfər Tacikistan və bir nəfər və Rusiya Federasiyasının vətəndaşı saxlanılıblar. Baxış zamanı onların üzərindən 135 kiloqram heroin aşkarlanaraq götürülüb.

MTN-in həyata keçirdiyi daha bir əməliyyat tədbiri nəticəsində, külli miqdarda dəyəri 48 kiloqram gümüş məmulatlarının qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirmiş şəxslər cinayət başında yaxalanıblar. Azərbaycan vətəndaşları Səlimli Azad Babahəsən oğlu, Hacıyev Əflatun Alimbaş oğlu və Hümbətəliyev Qadir Şahin oğlu cinayət əlaqəsinə girərək külli miqdarda gümüş məmulatlarının Türkiyənin İstanbul şəhərində alınmasını və qaçaq yolla, yəni gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirib Azərbaycana gətirilməsini təşkil ediblər. Hazırda qeyd olunan faktlarla bağli cinayət işləri başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm