Qırmızı.az
Yol çökdü, maşınlar təhlükədə - FOTOLAR (YENİLƏNİB)
“Azərsu” Dilarə Əliyeva küçəsi 115 ünvanında yolun çökməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
“Azərsu”nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, Dilarə Əliyeva küçəsi 115 ünvanında 1950-ci illərdə çəkilmiş 250 mm diametrli çuqun xətdə qəza baş verib: “Nəticədə yolun bir hisəəsi çöküb. Bununla bağlı məlumat daxil olan kimi əraziyə Yasamal Sukanal İdarəsinin qəza-bərpa briqadası cəlb olunub, axan su kanalizasiya lüklərinə yönəldilib, təhlükəsizliyin qorunması üçün ərazidə tədbirlər görülüb və qəzanın aradan qaldırılması işlərinə başlanılıb.
Təəssüf ki, bəzi KİV-lər bu xəbəri ""Azərsu" ASC-nin
səhlənkarlığından Bakının mərkəzini su basdı" və buna bənzər
başlıqlarla təqdim edirlər. Hörmətli həmkalar, bəlkə qəzanı qəsdən
törətmişik və ya bilə-bilə tədbir görmürük. 2 gündür fəsadlar
törədən küləyi hansı qurumun səhlənkarlığı ilə izah edək?”
14:17
Bakıda daha bir yol çöküb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı "Facebook"da Atanur Cəfərli adlı istifadəçi paylaşıb. O bildirib ki, hadisə Dilarə Əliyeva küçəsində olub.
Yolun çökməsi nəticəsində kanalizasiya xətləri də sıradan çıxıb.
Mövcud durum avtomobillərin də hərəkətində maneələr yaradıb.
Yaranan çuxura düşən avtomobillər evakuatorun yardımı ilə
çıxarılıb.
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi