Qırmızı.az
Nazir Ermənistanın kəşfiyyat-təxribat cəhdlərindən danışdı
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Silahlı Qüvvələrimizin hansı vəziyyətdə olmasından asılıdır. Bunun üçün gənc zabitlər kimi Silahlı Qüvvələr sıralarına daxil olmaqla yeni nəfəs və döyüş ruhu gətirməlisiniz. Düşmən hər an hiss etməlidir ki, siz hər zaman onlardan üstünsünüz". Trend xəbər verir ki, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xüsusi təyinatlı təhsil müəssisələrinin 2014-cü il buraxılışına həsr olunmuş təntənəli mərasimdə bildirib.
Z.Həsənov deyib ki, bu gün bir tarixi həqiqət kimi etiraf
edilməlidir ki, ümummilli lider Heydər Əliyevin ikinci dəfə
hakimiyyətə qayıtması ordu quruculuğu və hərbi təhsil
müəssisələrinin yenidən başlanğıcı olub.
Nazir bildirib ki, Heydər Əliyev Azərbaycanda müasir hərbi təhsil
sisteminin banisidir və Azərbaycan Ali Hərbi Məktəbinə onun adının
verilməsi təsadüfi deyil.
Onun sözlərinə görə, hazırda Azərbaycan hərbi qulluqçularının
sosial rifah halının yaxşılaşdırılması istiqamətində mühüm işlər
görülür. Buna görə nazir Prezident İlham Əliyevə minnətdarlığını
bildirib.
Z.Həsənov Prezident İlham Əliyevin sözlərini bir daha xatırladaraq
qeyd edib ki, Azərbaycan torpaqlarında ikinci erməni dövləti
yaradıla bilməz: "Atəşkəs rejimi haqqında sənədin imzalanmasına
baxmayaraq, hər gün cəbhədə atəş səsləri eşidilir. Ermənistan
Respublikasının kəşfiyyat-təxribat qüvvələri mövqelərimizə hücuma
cəhd edirlər. Lakin onlar Azərbaycan Ordusu tərəfindən layiqli
cavablarını alır və böyük itki verərək geri çəkilirlər".
Müdafiə naziri qeyd edib ki, düşmən növbəti uğurlarının eyforiyası ilə yaşamamalı, bugünkü reallıqla, bölgədəki güc, qüvvə balansı ilə hesablaşmalıdır.
Nazir bildirib ki, biz düşmən tərəfindən zəbt olunmuş torlaqları
azad etməliyik və mütləq azad edəcəyik.
Z.Həsənov bu gün övladlarının leytenant rütbəsi alması münasibətilə
valideynləri təbrik edib.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR