Qırmızı.az
Azərbaycanda İŞİD-i ən çox bu rayon dəstəkləyir - Sələfi liderindən şok açıqlama
“Bu gün xəvvariclərin çoxu Qusar rayonundadır. Bu da həmin rayonun Dağıstanla sərhəd olmasından irəli gəlir. Amma Xaçmazda sayları azdır”.
Bu barədə Xudat şəhər sələfilərinin lideri Nadir Xosrovoğlu Publika.az-a açıqlamasında son günlər gündəmə gələn İŞİD və bu qruplaşmanın Azərbaycanda dəstək verənləri haqda danışarkən deyib. Onun sözlərinə görə, bu cür şəxslər İŞİD-ə meyillidir: “Həmçinin cihadı dəstəkləyirlər. Əksəriyyəti də cihad deyəndə ağzı köpüklənənlərdir. Biz də cihadı inkar etmirik. Cihad islamda var. Amma biz cihadın şəriət çərçivəsində olmasını, müsəlmanın kafirə qarşı vuruşmasının tərəfdarıyıq. Müsəlman müsəlmanı öldürüb adını cihad qoya bilməz. Ona görə biz bu gün gedən “cihadı” inkar edirik. Amma onlar eşitsə ki, hardasa kolluqda silah tapıblar, atışma var, hesab edirlər ki, cihad etmək lazımdır. Başlayırlar kimlərinsə təbliğatını aparmağa. Deyəndə ki, özünüz niyə getmirsiniz, deyirlər ki, hələ hazır deyilik. Hazır olmadığın şeyi cəmiyyətdə niyə təbliğ edirsən bəs? Bu gülüncdür”.
Sələfi lideri bildirib ki, xəvvariclər daha çox Şimal bölgəsində toplaşıblar.
“Onların İŞİD-lə hansı əlaqələrə sahib olduğunu deyə bilmərəm. Amma Suriyaya gedənləri dəstəkləyirlər, özləri də buna meyillidir”,– deyə o bildirib.
N. Xosrovoğlu bildirib ki, şimal bölgəsində əhli-sünnə camaatı arasında fikir ayrılığı 2010-cu ildən başlayıb. Onun sözlərinə görə, xəvvaric fikirli adamlar da məhz o zamandan camaatdan ayrılmağa başladılar. Sonradan xəvvaric fikirlilər də ortaya çıxdı. Lakin onların sayı çox azdır, demək olar ki, 2 faizdən yuxarı deyil. Bu gün xəvvariclərin ən çox yayıldığı bölgə Qusardır, Xudatda isə 2-3 faiz olar, ya olmaz. Onlarla bizim mübahisəmiz 2010-cu ildə Ramazan bayramı zamanı ortaya çıxdı. Biz dedik ki, bayramı dövlətin etdiyi vaxt qeyd edək. Onlarsa bununla razılaşmadı. Biz ayın 9-u, onlarsa 10-u etdilər, lakin biz dedik ki, bu, bizim bölünməmizə səbəb olacaq böyük məsələ deyil. Onlarsa artıq öz fikirlərini qəbul etmişdi. Əslində, bayram, bəlkə də, bəhanə imiş, məhz ondan sonra bütün rayonlarda xəvvariclər ayrıldılar. Əvvəlcə dedilər ki, namaz qılmayan kafirdir. Biz bununla razılaşmayanda dedilər ki, kafirə kafir deməyən sizlər də kafirsiniz. Məhz həmin vaxtdan başlayaraq biz firqələrlə bağlı xütbələr oxumağa başladıq. Toyda, yasda, müxtəlif yerlərdə camaata xəvvaricilərin kimliyi, firqələrin necə ayrılması haqda məlumatlar verdi. O vaxta qədər davam etdik ki, camaat həqiqəti öyrəndi. Ondan sonra biz onları tərk etdik. Ona görə indi daha bu mövzuda danışmırıq. Ancaq o vaxt danışırıq ki, kimdəsə sual yaranır, yaxud xəvvariclər şübhə yaradacaq şayiələr çıxarırlar”,– deyə sələfi lideri bildirib.
N. Xosrovoğlu qeyd edib ki, hazırda qarşıdan gələn Ramazan ayına
hazırlıqla məşğuldurlar, xəvvaric fikirli insanlarla bütün
əlaqələri kəsiblər.
Asif Nərimanlı
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO