Sosial
Azərbaycanın qonşusunda uşaqpulu müzakirə olunur: 930 manatlıq təklif
Rusiyada ailələrə verilən birdəfəlik doğum müavinətinin ciddi şəkildə artırılması gündəmdədir. Dövlət Dumasının deputatı Serqey Mironov uşaq doğularkən verilən federal müavinətin 50 min rubla (təxminən 930 manat) qaldırılmasını təklif edib.
Publika.az xəbər verir ki, millət vəkili bununla bağlı "Uşaqlı vətəndaşlara dövlət müavinətləri haqqında" qanuna müvafiq düzəliş hazırlayıb.
Hazırda federal müavinətin məbləği 28,4 min rubl təşkil edir. Mironovun sözlərinə görə, bu artım bölgələr arasındakı bərabərsizliyi aradan qaldırmaq və gənc ailələrə real dəstək olmaq üçün zəruridir. O qeyd edib ki, bəzi zəngin regionlar (məsələn, Primorsk diyarı) əlavə ödənişlər etsə də, əksər bölgələrdə valideynlər yalnız minimal federal vəsaitlə kifayətlənməli olurlar.
"Uşağın həyatının ilk aylarında xərclər həddindən artıq çoxdur. Arabadan tutmuş geyim və uşaq bezlərinədək hər şeyi dərhal almaq lazımdır. Çox ailənin buna imkanı çatmır," - deyə deputat təklifini əsaslandırıb.
Düzəliş qəbul edilərsə, Rusiyanın bütün regionlarında uşaq doğularkən ailələrə vahid və daha yüksək məbləğdə ödəniş ediləcək.
Adəm
-
İqtisadi gündəm14:56Qızıla yatırım etmək istəyənlərin nəzərinə: Ən sərfəli variant açıqlandı
-
Nida Xəbər 13:53Prezidentin Mətbuat Xidməti forumla bağlı videoçarx paylaşdı
-
Rəsmi xronika12:00Belə avtomobillə heç yerə getmərəm - Prezident
-
MDB10:50Ukrayna kəşfiyyatı dronları Rusiya ərazisinə belə daşıyırmış – FSB üstünü açdı
-
Qoroskop10:13Ən kinli 5 bürc: Onlardan bağışlanmaq gözləməyin
-
Rəsmi xronika08:46İlham Əliyevin iştirakı ilə Forum canlı yayımlanacaq
-
Art08:00Məhəbbət Kazımov məşhur mahnısını niyə bir daha ifa etmədi? - Bilinməyən həqiqətlər / VİDEO
-
Ekologiya07:17Bu gün rayonlarda 39 dərəcə isti olacaq






.jpg)




.jpg)
























