Qırmızı.az
Ermənilər Tovuz sakinini güllələdi
Düşmən ordusu bu dəfə silahları Hacallı kəndinə tuşlayıb.
Sakinlərin Kəpəz tv-yə bildirdiyinə görə, səhər və axşam fasilələrlə kənd gülləboran edilib.Güclü atışmazamanı Hacallı kənd sakini güllə yarası alıb.
Ermənilərin atəş açması nəticəsində Hacallı kənd sakini 30 yaşlı Elnur Quliyev qolundan güllə yarası alıb. Fiziki qüsurlu olan sakin kəndin düşmən postlarına yaxın ərazisində hündür təpəyə çıxarkan ona atəş açılıb. Yaralı dərhal valideynlərinin köməkliyi ilə Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırılib.
Axşam saatlarından isə Əlibəyli və Hacallı kəndlərinin düşmənlə sərhəddə yerləşən otlaq sahələrində yanğınlar törədilib. Ermənistan silahlılarının yandırdığı sahələr saat 01-30 radələrinə qədər alovlanıb.Gecə saatlarında havanın küləkli olması isə yanğının yaşayış məntəqlərinə tərəf yan almasına şərait yaradıb. Bundan başqa düşmənlərin atəşi nəticəsində Əlibəyli kənd sakini Abdulla Ələsgərovun həyətindəki iribuynuzlu heyvan da tələf olub.
Qeyd edək ki, son günlər düşmən ordusu cəbhə xəttində fəallaşıb. Bir neçə gün öncə də Tovuzun Əlibəyli kəndində 3 dinc sakin düşmən gülləsinə tuş gələrək yaralanıb.
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı