Qırmızı.az
127 şagird imtahana buraxılmayacaq
Məleykə Abbaszadə buraxılış imtahanlarının ümumi nəticəsini qiymətləndirib.
AzVision.az-ın məlumatına görə o, jurnalistlərə açıqlamasında bildirib ki, ümumi nəticələrdə ötən illə müqayisədə irəliləyiş var:
“Buraxılış imtahanlarından iyunun 29-da baş tutacaq son imtahanda cəmi 5426 nəfər iştirak edəcək. Onlardan üzrlü səbəblərdən imtahanda iştirak etməyəcək şagirdlərin sayı cəmi 127 nəfərdir . Ona görə bu ümumi nəticələrə ciddi təsir etməyəcək. Biz müqayisə edəndə uşaqların ümumi balını götürürük. 2013-cü ildə bu, 25 bal idisə, 2014-cü ildə isə 25,94 bal, yəni 26 olub. Fərq 0,94-dür. Bu, müəyyən qədər irəliləyişdir”.
M.Abbaszadə vurğulayıb ki, həmin şagirdlər 2003-cü ildə birinci
sinfə gedib 2012-ci ildə ilk dəfə buraxılış imtahanında iştirak
edənlərdir. İndi isə 1- ci sinfin imtahanında iştirak edəcəklər:
“Müvəffəq qiymət alanları müqayisə etsək, görərik ki, 2013-cü ildə
onların sayı 58,41 %, 2014-də isə 62,15%-dir. Bu, 9-cu sinif
şagirldərinin nəticələrinə əsasən hesablanmış statistikadır. Mən
buna sıçrayış demirəm, amma irəliləyişdir”.
11-ci sinfin statistikası barədə isə M.Abbaszadə bunları deyib:
“Bal üzrə fərq 1,81%-dir. Müvəffəq qiymət alanların sayı 2013-də
isə 72,14%, 2014-cü ildə 74,19% olub. Burada isə fərq təxminən
2%-dir”.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR