Türkiyədə dəhşətli yanğın - Canlı- Yenilənir
Bizi izləyin

Qırmızı.az

Türkiyədə dəhşətli yanğın - Canlı- Yenilənir

Antaliyanın Qumluca Mahalına bağlı istirahət bölgəsi Adrasandakı İnceboyun istiqamətində meşəlik ərazidə Türkiyə vaxtı ilə saat 14.30 radələrində başlayan və sürətlə böyüyən yanğın 4 saat sonra otel və pansionatların yerləşdiyi sahəyə sıçrayıb.

Can itkisinin olmadığı yanğında 4 otel, hədiyyəlik əşya mağazası və restoran yanıb. Bölgədəki pansionatlarda istirahət edən turistlər yanğın səbəbindən təxliyə edilib. Əlavə yardımçı qüvvələrin cəlb olunmasına baxmayaraq, hava şəraiti, relyefinin mürəkkəbliyi, güclü külək yanğının söndürülməsini xeyli çətinləşdirib.

00 : 21

Son məlumatlara görə, yanğının qarşısı hələ də alınmayıb. Alov 4 otel, 1 mağaza və 1 restoranı tamamilə ağuşuna alıb. Hazırda tüstüdən göz-gözü görmür. Otellərin evakuasiyası davam edir.

22 :18

Ilkin məlumata görə 50 hektara yaxın ərazi yanıb. Hazırda ərazidəki otellər boşaldılır. Yanğının qarşısını almaq üçün ətraf şəhərlərdən helikopterlər cəlb olunur.Ümumilikdə yanğını söndürmək üçün 7 helikopter, 2 təyyarə işləyir. Antalya şəhər bələdiyyəsi hələlik yanğında ölən və yaralananların olmadığını deyib.

21:40

Bu gün günorta saatlarında Türkiyənin məşhur turizm bölgələrindən birində dəhşətli yanğın baş verib. Publika.az-ın hurriyet.com.tr saytına istinadən verdiyi məlumata görə, Adrasan turizm bölgəsi İnceboyun istiqamətində törəyən yanğın yerli vaxtla saat 14.30-da başlayıb.

Küləyin təsiriylə sürətlə böyüyən yanğın Antaliya, Qumluca, Finike və Kəmərli məntəqələrinə doğru genişlənib. Hazırda yanğına Antaliya, Qumluca, Finike və Kəmərdən gələn 100 meşə işçisi qurudan müdaxilə edir. Söndürmə işlərinə 7 vertolyot və 2 təyyarə də havadan dəstək verir. Bölgənin mürəkkəb relyefə malik olması səbəbi ilə söndürmə işləri çətinliklə edilir.

Nail Cəlil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm