Qırmızı.az
Ana və 2 oğlunu maşın vurdu
Qaxda ana və iki azyaşlı oğlunu maşın vurub. Oğlanlardan biri ölüb, ana və digər oğlu isə xəstəxanaya yerləşdirilib.
Publika.az-ın məlumatına görə, piyadaların vurulması ilə nəticələnən yol qəzası Qax şəhəri Heydər Əliyev prospekti ilə Səməd Vurğun küçəsinin kəsişdiyi yerdə baş verib. 1992-ci il təvəllüdlü, Qax şəhər sakini Vüqar Adil oğlu Musayev idarə etdiyi “Ford” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən, rayonun Baydarlı kənd sakinləri 1986-cı il təvəllüdlü, Zümrüd İsgəndər qızı Loğmanovanı və onun iki azyaşlı övladını - 5 yaşlı Fuad Bəhruz oğlu Loğmanlı və 6 yaşlı Murad Bəhruz oğlu Loğmanlını vurub.
Baş vermiş qəza nəticəsində ağır bədən xəsarətləri alan Fuad Loğmanlı, Zümrüd Loğmanova və Murad Loğmanlı Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Fuad Loğmanlının xəsarətləri ağır olduğundan o, xəstəxanaya çatdıqdan bir müddət sonra keçinib. Xəstəxananın həkimi yaralıların vəziyyəti barədə məlumat verib. "Loğmanova Zümrüd İsgəndər qızı baş-beyin silkələnməsi, qapalı kəllə-beyin tramvası ilə xəstəxanaya daxil olub. Vəziyyəti qənaətbəxşdir. Onun 6 yaşlı oğlu Murad isə bel toxumalarının əzilməsi ilə yerləşdirilib. Vəziyyəti qənaətbəxşdir, evə buraxılacaq". Fakla bağlı Qax RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.
-
Region20:12Xameneinin ölümündən əvvəl hazırladığı, regionu xaosa sürükləyəcək şok plan
-
Elm və təhsil20:00Ölkə məktəblərində bu qidaların satışı qadağan edildi - Siyahı
-
İnanc19:40Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı
-
ABŞ19:30ABŞ-ın yeni hərbi qüvvələri bölgəyə göndərilir, İranın sonu çatıb - Pit Heqset
-
Sosial19:00Aslan Əliyevin 4,2 milyonluq əmlakı müsadirə olundu
-
Region17:55Ölüm xəbəri yayılan Əhmədinejad ictimaiyyət qarşısına çıxdı - Foto
-
Yaxın Şərq17:06İranın nüvə obyektlərində son vəziyyət: Sızma riski var?
-
Sosial16:14İrandan atılan raketi Türkiyə zərərsizləşdirdi


























.jpg)






