Qırmızı.az
Universitetə yeni prorektor təyin edildi
İyunun 30-da Azərbaycan Dövlət İqtisad Universiteti Elmi Şurasının 2013/2014-cü tədris ili üçün sonuncu iclası keçirilib.
Universitetin mətbuat xidmətindən Publika.az-a verilən məlumata
görə, iclas universitetin beynəlxalq fəaliyyətinin müzakirəsi ilə
başlayıb. ADİU-nun beynəlxalq əlaqələrinin təkmilləşdiirlməsi ilə
bağlı müxtəlif təkliflər səsləndirilib.
Universitetin rektoru, professor Ədalət Muradov universitetin
prioritetlərini açıqlayıb. Bildirib ki, ADİU-nun ali məktəblərin
nüfuzlu beynəlxalq reytinq cədvəllərində yer alması, təhsillə bağlı
beynəlxalq layihə və qrantların cəlb edilməsi, müəllimlərin xarici
dil biliklərinin artırılması və əcnəbi tələbələrin universitetə
daha çox cəlb edilməsi ali təhsil ocağının qarşısına qoyduğu
hədəflər sırasındadır.
Rektor əcnəbi tələbələri universitetə cəlb etmək üçün yeni tədris
ilindən təkliflər hazırlanmasını tapşırıb.
Sonra 2013/2014-cü tədris ilində ADİU-nun elmi şurasının fəaliyyəti müzakirə olunub. Şuranın nəzdində komissiyalar yaranması qərara alınıb.
Tədbir cari məsələlərin müzakirəsi ilə davam etdirilib.
İclasda bildirilib ki, ADİU-nun ümumi işlər üzrə prorektoru Elçin Əliyev bundan sonra “Mülku müdafiə” kafedrasına rəhbərlik edəcək. Bu vəzifəyə isə Əziz Əzizov təyin edilib.
Elmi Şura üzvləri universitet “Ağsaqqallar şurası”nın Əsasnaməsini
qəbul ediblər.
İclasda həmçinin dərs yükünün bölünməsi məsələsi müzakirə olunub.
Kafedra müdirlərinə tapşırılıb ki, ictimai fəaliyyəti və ya hər
hansı işlərinə görə dərsə gəlməyə imkanı olmayan müəllimlərə dərs
yükü nəzərdə tutulmasın.
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi