Biznesmen evlilik təklifinə rədd cavabı alarsa…
Bizi izləyin

Qırmızı.az

Biznesmen evlilik təklifinə rədd cavabı alarsa…

Omsk polisi tikinti şirkətinin 45 yaşlı rəhbərini həbs edib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, biznesmen sui-qəsd təşkil etməkdə ittiham edilir.

İyunun əvvəlində yerli polis orqanına tikinti şirkətlərindən birinin rəhbərinin muzdlu qatil axtarması haqda informasiya daxil olub. Killer cavan qadını öldürməliymiş.

Sən demə, 45 yaşlı biznesmen öz şirkətində işləyən qadına evlilik təklif edib. Qadın isə onu sevmədiyini deyərək bu təklifdən imtina edib. Qisas hissi ilə alışıb-yanan sahibkar sevdiyi qadını öldürtmək qərarına gəlib və muzdlu qatil axtarıb. İnformasiya polisə daxil olduğundan əməliyyat planı qurulub.

Muzdlu qatil rolunu polis əməkdaşları oynayıb. Sahibkar əvvəlcə onlardan qadını öldürməyi tələb etsə də, sonradan fikrini dəyişib. Qadının döyülərək şikəst edilməsini sifariş edib və iş üçün muzdlu qatil rolunu oynayan polislərə beh verib.

Polislər qadına hücumu imitasiya ediblər və onu xəstəxanaya yerləşdiriblər. Biznesmen sifarişin yerinə yetirilməsindən əmin olduqdan sonra iş üçün vəd etdiyi pulu görüş yerinə gətirdikdə polis işçiləri tərəfindən saxlanılıb.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm