Qırmızı.az
Nazir sərt xəbərdarlıq etdi
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev turizm sahəsində fəaliyyət göstərən bəzi sahibkarları məsuliyyətsizlikdə günahlandırıb.
Trend-in məlumatına görə, nazir jurnalistlərə bildirib ki, buna
görə də daha güclü inzibati tədbirlərin görülməsinə ehtiyac var:
"Onu da etiraf etməliyik ki, bütün sahibkarlar lazımi qədər
məsuliyyətlə bu işə yanaşmırlar. Əgər onlar bizim tövsiyələrimizi
yerinə yetirmirlərsə, deməli, biz daha güclü inzibati tədbirlər
görməliyik".
Ə.Qarayev bildirib ki, ötən il təxminən 6-7 şirkətin və otelin
lisenziyası ləğv edilib. Bakı 2015 ilk Avropa Oyunlarına hazırlıq
dövründə isə turizm müəssisələrinin lisenziyalaşdırılması
məsələsinə xüsusi diqqətlə yanaşılır: "Çünki bizim məqsədimiz odur
ki, Avropa Oyunlarına qədər Azərbaycanda bütün otellər
lisenziyalaşdırılmış olsun".
Hazırda yay turizm mövsümü ilə əlaqədar monitorinqlərin davam
etdiyini deyən nazir əlavə edib ki, dünən bununla bağlı növbəti əmr
imzalayıb. Növbəti monitorinqlər üç istiqamət üzrə aparılır.
Mədəniyyət və Turizm Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi və
Səhiyyə Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri bu
monitorinqlər zamanı istirahət mərkəzlərinin fəaliyyətinin bütün
qaydalara uyğun olub-olmaması təhlil edilir.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR