Qırmızı.az
"AST Telman"ın bank hesabları donduruldu
Kiprdə Telman İsmayılova məxsus AST qrupunun hesabları
dondurulub.
ANS PRESS-in məlumatına görə, Kipr məhkəməsi bu barədə qərar
çıxarıb. Kipr məhkəməsində “Manqazey” qrupunun sahibi Sergey
Yançukova məxsus “Sezaria LTD” şirkəti iddia qaldırıb. Şirkətin
iddianaməsində Telman İsmayılovu 135 milyon dollar krediti və
kredit faizlərini ödəməyə məcbur etmək tələb olunur.
İddiaçı tərəf məhkəməyə müraciətində qeyd edib ki, 2010-cu ilin
sentyabrında "Sezaria LTD" şirkəti Telman İsmayılovun "Tandum LTD"
şirkətinə 1 illik 10%-lə 50 milyon dollar kredit verib. Bu kredit
üzrə faizlər hər ay ödənilib və 2011-ci ilin fevralında "Tandum
LTD" "Sezaria LTD" daha bir kredit götürüb. Bu dəfə də kreditin
həcmi 50 milyon dollar olsada, ammaq vəsait iki illiyə götürülüb.
Bundan sonra borcun ödəmə müddətlərini uzadan "Tandum LTD" ilə daha
bir neçə razılaşma imzalanıb. Son müddət 2013-cü ilin sentyabrına
təyin edilib. 2013-cü ilin aprelində isə Telman İsmayılov la borcun
ödənilməsi ilə bağlı zəmanət müqaviləsi imzalanıb. Bu müqaviləyə
əsasən şirkət bu krediti ödəməyəcəyi təqdirdə öhdəliklər Telman
İsmayılovun üzərinə düşür. Ancaq buna baxmayaraq ödəmələr
edilməyib. Məhz bu səbəbdən “Sezaria LTD” şirkəti Kipr məhkəməsinə
müraciət edib.
Bundan başqa, “Sezaria LTD” şirkəti London Beynəlxalq Arbitraj
Məhkəməsinə T. İsmayılovdan borcun alınması ilə bağlı iddia irəli
sürməyə hazırlaşır. Əgər məhkəmə borcun ödənilməsini tələb edərsə,
o zaman T.İsmayılovun əmlaklarına həbs qoyulacaq.
Qeyd edək ki, London Beynəlxalq Arbitraj Məhkəməsinin qərarları
dünyanın 158 ölkəsində qüvvədədir və icrası məcburidir.
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi