Qırmızı.az
Dəmir yollarında mövsümlə bağlı təhlükəsizlik tədbirləri görülür
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin kollektivləri yay mövsümü ilə bağlı gücləndirilmiş iş rejimində çalışırlar.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat
Katibliyinin rəisi Nadir Əzməmmədov Publika.az-a bildirib ki,
sərnişinlərin və hərəkət tərkiblərinin təhlükəsizliyinin təmin
edilməsi məqsədilə bir sıra tədbirlər reallaşdırılır.
İnfrastruktur Departamentinin kollektivləri tərəfindən rels
bərkidicilərinə, relslər arasındakı məsamələrə, elektrik təchizatı,
işarəvermə və rabitə qurcularına gün ərzində bir neçə dəfə baxış
keçirilir, istidən öz-özünə alovlanma baş verməsin deyə, yollar
otlardan təmizlənir.
Sərnişin daşımaları Departamenti də bir sıra vacib məqamlara
diqqəti artırıb. Belə ki, reysə çıxmazdan əvvəl sərnişin
vaqonlarının sanitariya durumu, soyuducu sistemi bir daha
yoxlanılır, beynəlxalq və "Ekspres" tipli qatarlarda yolboyu
sərnişinlərə mədəni xidmət göstərilir. Eyni zamanda, vağzallardakı
gözləmə zallarında kondisionerlərin normal işləməsi diqqətdə
saxlanılır.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR