Qırmızı.az
Prezidentin korteji piyadanı öldürdü
Dağıstanın başçısı Ramazan
Əbdülətipovun maşını yolu keçən piyadanı vuraraq
öldürüb.
Publika.az-ın məlumatına görə, hadisə
respublikanın başçısının şəhərkənarı iqamətgahına getdiyi yolda
"Anjı-Arena" futbol stadionunun yaxınlığında baş verib. Olay zamanı
Ramazan Əbdülətipov avtomobildə olmayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına əsasən,
kortej hərəkətdə olarkən yola gözlənilmədən çıxan piyadaya sürücü
reaksiya verməyə vaxt tapmayıb. Toqquşma nəticəsində alınmış
yaralardan piyada yerindəcə ölüb.
Hüquq-mühafizə orqanlarından olan mənbələr
bildirib ki, kişi təyin olunmamış yerdən yolu keçirmiş. Bir az
sonra ölənin 1974-ci il təvəllüdlü Sarafanov.O.M. olduğu
müəyyənləşib.
Qeyd edək ki, Ramazan Əbdülətipov 2013-cü ilin
yanvar ayından Dağıstana başçılıq edir. O vaxt Rusiya prezidenti
vaxtından əvvəl Maqomedsalam Məhəmmədovu istefaya göndərmişdi.
Həmin il sentyabrın 8-də Dağıstan parlamenti Əbdülətipovu vəzifəyə
təsdiq edib. Onun namizədliyinə Xalq məclisinin 88 deputatından
86-ı səs verib.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO