Qırmızı.az
İstirahət mərkəzinə faciəli uşaq ölümü
Masallı rayonunun Kubin kəndi yaxınlığında yerləşən "Qamo" istirahət mərkəzində ölüm hadisəsi baş verib. Adıçəkilən istirahət mərkəzinə anası ilə birgə müalicəyə gələn Qarğalıq kənd sakini 10 yaşlı Novruzov Rauf İlkin oğlu "istisu" vannasında boğulub. Lakin 10 yaşlı Raufun faciəli ölümü gizlədilib.
Hadisə şahidlərinin verdiyi məlumata görə, ölüm faktı dünən saat 17 radələrində qeydə alınıb. Məlumatda bildirilir ki, Raufun anası uşağın boğulduğunu görərək ətrafdakılardan kömək istəyib. Ancaq kömək gecikdiyindən anası bir müddət onu vannadan çıxara bilməyib. Çağırılmış təcili tibbi yardım maşını ilə Rauf Novruzov Masallı rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.
Rauf Novruzovun "istisu" vannasına vurulmuş kimyəvi maddələrdən zəhərləndiyi də ehtimal olunur. Aldığımız məlumatda qeyd olunur ki, bu vannalar mütəmadi təmizlənmir, suya qatılan kimyəvi maddələrin miqdarına isə nəzarət olunmur. Raufun da bundan zəhərləndiyi ehtimal edilir.
Məsələ ilə bağlı Masallı rayon hüquq mühafizə orqanlarının xəbəri olsa da, faktla bağlı heç bir tədbir görülməyib.
Faciəli şəkildə ölən Raufun cəsədi yaşadığı Qarğalıq kəndinə aparılaraq dəfn olunub. Məsələnin maraqlı tərəfi ondadır ki, kənd sakinlərinə onun qarpızdan zəhərləndiyi deyilib.
Qaynar.info-ya daxil olan məlumata görə, sözügedən istirahət mərkəzi Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərova məxsusdur. Obyektin onun oğlu Xaliq Nəzərovun adına olduğu bildirilir.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO