Bakıda oğurluq edildi
Bizi izləyin

Qırmızı.az

Bakıda oğurluq edildi

Bakının simvollarından birinə çevrilən “Alov Qüllələri” kompleksində oğurluq hadisəsi baş verib.

ANS PRESS-in lent.az-a istinadən məlumatına görə, bu haqda Səbail rayon Polis İdarəsi xəbər yayıb.

Hadisə Parlament prospekti 2 ünvanında yerləşən kompleksin zirzəmisində elektriklərin otağından baş verib.

Orada işləyən ustalardan biri Məmmədov Hicran Mövsüm oğlunun pulları və sənədləri oğurlanıb.

H.Məmmədovun paltarının cibindən 700 manat pul və bəzi vacib sənədlər götürülüb.

Oğurluq əməli törətmiş şəxsin məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm