Qırmızı.az
Ali məktəblərə qəbul aparılan ixtisaslar açıqlanıb
Azərbaycanda ali məktəblərə qəbul aparılan ixtisaslar və onların kodları, ixtisaslar üzrə plan yerləri açıqlanıb. Trend Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Publika.az-a verilən məlumata görə, bu məlumatlar "Abituriyent" jurnalının 4-cü sayında təqdim olunub.
Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək
üçün ixtisas seçimi iyulun 24-dən avqustun 5-dək aparılacaq.
TQDK ixtisas seçiminə kömək məqsədilə hər bir ixtisas qrupunun abituriyentləri üçün "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?" adlı vəsaitlər çap edəcək.
Vəsaitdə təhsil formaları (dövlət sifarişli və ödənişli),
Azərbaycan və rus bölmələri üzrə ayrılıqda və hər iki bölmənin
birgə müsabiqəsinə aid qəbul planları, müsabiqəyə buraxılma
şərtləri, eyni zamanda müsabiqədə iştirak etmək hüququ qazanmış
abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə
paylanmasına dair məlumatlar təqdim olunacaq.
Xatırladaq ki, abituriyentlərin ixtisas seçimi zamanı düzgün
istiqamət götürmələrinə kömək məqsədilə ali və orta ixtisas təhsili
müəssisələrinə ötənilki qəbul imtahanlarında formalaşmış keçid
balları haqqında məlumatlar ayrıca vəsaitlərdə çap olunub.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu