İçərisində 8000 manat olan seyf oğurlandı
Bizi izləyin

Qırmızı.az

İçərisində 8000 manat olan seyf oğurlandı

Qaradağ rayonu, Lökbatan qəsəbəsində mənzildən oğurluq edilib.

Qaradağ Rayon Polis İdarəsindən Publika.az-a verilən xəbərə görə, Yardımlı rayon sakini Nemət Əlişov Lökbatan qəsəbə sakini İlham Əliyevin mənzilindən içərisində 7800 manat olan seyf və 1 ədəd mobil telefon oğurlayıb.

Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nemət Əlişov saxlanılıb. O, zərərçəkənlə qonşu olduğunu, orada kirayədə yaşadığını bildirib.

Faktla bağlı onun barəsində araşdırmalar aparılır, cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm