İran vətəndaşının çantasından narkotik tapıldı
Bizi izləyin

Qırmızı.az

İran vətəndaşının çantasından narkotik tapıldı

Azərbaycandan İrana gedən iranlı sürücünün çantasında metadon məhlulu aşkar olunub.

Dövlət Gömrük Komitəsindən (DGK) Publika.az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "QoşaTəpə" gömrük postunda Azərbaycan Respublikasından İran İslam Respublikasına gedən İran vətəndaşı Kheirdar Moghanlou Jafar Abolfath oğlunun idarə etdiyi "Howo" markalı yük avtomobilinə baxış keçirilib. Baxış zamanı avtomobilin kabinəsindəki əl çantasından bir ədəd plastik qabda 87 ml həcmində metadon məhlulu aşkar olunub.

Xatırladaq ki, metadon məhlulu "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və 87 ml məhlul da metadonun quru maddəsinin ümumi miqdarı 0,087 qram təşkil edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm