Qırmızı.az
Adil Mirseyid Ağdaşda dəfn ediləcək (YENİLƏNİB)
Adil Mirseyid doğulduğu Ağdaş şəhərində dəfn olunacaq. Bu barədə Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza deyib.
Onun sözlərinə görə, mərhumun Bakıda dəfn olunması təklif olunsa
da, ailəsi buna razılıq verməyib. Mərhumun cənazəsi bir azdan
Ağdaşa aparılacaq”.
09:37
Uzun müddətdir qaraciyər serrozundan əziyyət çəkən tanınmış şair – rəssam Adil Mirseyid bu səhər vəfat edib.
Bu barədə Publika.az-a AYB-in mətbuat xidmətinin rəhbəri
Xəyal Rza məlumat verib.
Adil Mirseyid 1952-ci il dekabrın 21-də Ağdaş şəhərində ziyali
ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə
adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil alıb
(1970-1976). Bir müddət təyinatla göndərildiyi Dağıstan
Respublikasında işləyib (1975-1978). Sonra Bakıda müxtəlif
vəzifələrdə çalışıb (1978-1983). Ağdaş rayonu Füzuli adına
Mədəniyyət Evinin Xalq Teatrında rəssam (1983-1987), Azərbaycanın
Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində rəssam
(1990-1992), Azərbaycan Tərcümə Mərkəzinin "Yol" ədəbiyyat
qəzetində iki il redaktor vəzifələrində çalışıb (1992-1993).
Keçən əsrin 70-ci illlərinin axırlarından dövrü mətbuatda şeirlər çap etdirir. "Azərbaycan" və "Ulduz" jurnallarında silsilə şeirləri dərc olunub. "Güzgüdəki adam", "Bulud Adam", "Nəğmə Adam", "Vernisaj şeirlər", "Hardan baxsan görünən adam", "Ay Suvarisi" kitablarının müəllifidir. Rəsul Rza mükafatının laureatıdir. "Vektor" Beynəlxalq Elm Mərkəzinin fəxri doktoru adına, Gümüş Arzu Türk Ədəbiyyatına xidmət ödülünə, Bahar Simpadisi ödüllərinə layiq görülüb.
Şeirləri rus, ingilis, fransız, alman, ispan, eston və s. dillərə tərcümə olunub.
İncəsənətin və mədəniyyətin müxtəlif sahələrinə aid 200-dən artıq esse və məqalənin müəllifidir. Rəsm əsərləri Almaniyada, Rusiyada, Qırğızıstanda, İranda, Türkiyədə vəAzərbaycanda şəxsi kolleksiyalarda saxlanılır.
Allah rəhmət eləsin.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu