Qırmızı.az
Yolu kim təmir etdirməlidir, sakinlər, yoxsa?..
"Sakinlərin nəzərinə: Xahiş olunur hərə öz darvazasının qarşısındakı yolu təmir etdirsin!!! (İcra nümayəndəliyi)” Şəkildə gördüyünüz bu yazı ilk baxışdan divarlara vurulan iş elanını xatırlatsa da, yaxınlaşıb diqqətlə baxdıqda hər şeyin fərqli olduğuna şahid olursan.
Elan-xəbərdarlıqdan göründüyü kimi İcra nümayəndəliyi israrla sakinlərdən hərə öz darvazasının qarşısındakı yolu təmir etdirməyi tələb edir. Həmin foto Abşeron rayon Mehdiabad qəsəbəsində çəkilib. Məsələ ilə bağlı adıçəkilən qəsəbənin icra nümayəndəliyi ilə əlaqə saxlamaq istəsək də, telefon zənglərimiz cavabsız qaldı.
Adının açıqlanmasını istəməyən Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşı isə bu haqda məlumatı olmadığı üçün heç bir açıqlama verə bilməyəcəyini bildirdi:
“Bizim adıçəkilən o şəkil haqda heç bir məlumatımız yoxdur. Ola bilər ki, o şəkil heç Mehdiabad qəsəbəsində çəkilməyib. Ona görə də biz heç bir açıqlama verə bilmərik”.
Hikmət Kərimoğlu
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR