Vəhşi it 4 nəfəri parçalamaq istədi
Bizi izləyin

Qırmızı.az

Vəhşi it 4 nəfəri parçalamaq istədi

Daha çox atəşkəsin pozulduğu yaşayış məntəqəsi kimi yaddaşlarda qalan Tovuzun Əlibəyi kəndində bu gün daha bir hadisə baş verib.

Kəndin 4 sakini - 42 yaşlı Əli Hüseynov, 50 yaşlı Müzəffər Məmmədov, 64 yaşlı Göyçək Mehdiyeva və onun 74 yaşlı həyat yoldaşı Həsənəli Allaverdiyev vəhşi itin hücumuna məruz qalıb. Onlardan ikisi daha çox zərər görüb.

Belə ki, 50 yaşlı Müzəffər Məmmədov sağ ayağını, 64 yaşlı Göyçək Mehdiyeva isə sağ əlini vəhşi canlının dişlərindən uzaq tuta bilməyib. Zərərçəkənlər bildirir ki, kənddə bu cür vəhşi itə rast gəlməyiblər, çox güman ki, canlı düşmən tərəfdən əraziyə keçib.

Əlibəyli sakinlərinə hücum etməklə kifayətlənməyən vəhşi it kəndlilərin xırdabuynuzlu heyvanlarına, ev quşlarına da hücum edib. (milli.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm