Qırmızı.az
Ukraynanın azərbaycanlı “diplom ovçuları”
“Mən Ukrayna ali məktəblərinin vəziyyətindən narahatam, çünki
təhsil ocaqlarının 3-cü və ya 4-cü kurslarında oxuyan elə
azərbaycanlı tələbələr var ki, rus və Ukrayna dillərində iki kəlmə
söz bilmir. Bu halın özü Ukraynanın təhsil sisteminin imicinə xələl
gətirir. Azərbaycan da nəticədə bilik səviyyəsi aşağı olan
mütəxəssis əldə edir".
ANS PRESS-in məlumatına görə, bunu Ukrayna Azərbaycanlılarının
Birləşmiş Diasporunun sədri Hikmət Cavadov A.A.Boqomoles adına
Milli Tibb Universitetinin yeni seçilmiş rektoru Yekaterina
Nikolayevna Amosova ilə görüşü zamanı deyib.
Onun sözlərinə görə, bu cür neqativ hallarla mübarizə aparılmalı və
cəmiyyət üçün layiqli və peşəkar kadrlar yetişdirilməlidir.
"Məzunların kəmiyyəti yox, keyfiyyəti bizi maraqlandırmalıdır. Bizə
“diplom ovçuları” lazım deyil”, - deyə Hikmət Cavadov bildirib.
Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri görüşdə rus
və Ukrayna dillərini yaxşı bilməyən tələbələrin bu ölkənin ali
məktəblərinə qəbul edilməməsini təklif edib. O, bunu belə
əsaslandırıb ki, bu addımlar azərbaycanlı tələbələrin
çalışqanlığını artıracaq, universitetə daxil olarkən bir stimul
yaradacaq və Azərbaycan cəmiyyəti üçün yüksək səviyyəli
peşəkarların yetişməsinə yardımçı olacaq.
Yekaterina Amasova öz təəccübünü gizlətməyərək etiraf edib ki,
adətən ona tamamilə əks fikirli tələblərlə müraciət edirlər. O, bu
təkliflərə müsbət yanaşaraq, öz növbəsində ədalətli və düzgün gəbul
naminə Azərbaycan diasporunun da qəbul imtahanlarında iştirakını
təklif edib.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR