Qırmızı.az
Sərxoş qadın sürücü avtomobillə birgə hovuza düşdü
Amerikanın Ohayo ştatının Leykvud şəhərində istirahət
günləri kuryoz yol qəzaları baş verib.
ANS PRESS-in məlumatına görə, bazar günü axşam saatlarında yaşayış
komplekslərindən birinin sakinləri hovuzun ətrafında özlərini günə
verərkən, onların sakitliyini taxta hasarı yarıb keçərək birbaşa
hovuza düşən "Jeep" pozub.
Suyun içindəki iki gənc hovuzun digər tərəfində olduqlarından
xəsarət almayıblar. Onlardan biri qadın sürücünün köməyinə qaçaraq
təhlükəsizlik kəmərini açıb, qadını qapının açıq qalmış
pəncərəsindən çölə çıxarıb.
Hovuzun ətrafında dincələnlər darmadağın olmuş hasarın
qəlpələrindən kiçik xəsarətlər alıblar. Maşını idarə edən qadın
ciddi xəsarət almasa da xəstəxanaya yerləşdirilib.
Polis qadına qarşı sərxoş vəziyyətdə təhlükəli avtomobil idarə
etmək ittihamı irəlib sürüb. Belə ki, sonradan məlum olub ki, 46
yaşlı qadın küçədə başqa bir avtomobillə toqquşduqdan sonra
idarəetməni itirib və taxta hasarı dağıdaraq kompleksin həyətinə
girib.
-
Nida Xəbər 11:28
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?