Qırmızı.az
Bakıda bahalı qəza
Bakının Suraxanı rayonu ərazisində yol nəqliyyat
hadisəsi baş verib. ANS PRESS-in xəbərinə görə, sərxoş sürücünün
Günəşli qəsəbəsi Samir Cəfərov küçəsində törətdiyi qəzada 4
avtomobil toqquşub.
Hadisə zamanı “VAZ 2107”-nin sahibi yüksək sürətlə idarə etdiyi
maşını əvvəlcə yol kənarında dayanan “Mercedes” maraklı minik
maşınına çırpıb. Zərbənin təsiri ilə “Mercedes” qarşısında park
edilən “Opel” maraklı digər maşına dəyib. Bundan sonra yoluna davam
etmək istəyən “Jiquli”nin sürücüsü, sükana nəzarəti itirib ki, bu
da maşının digər “Mercedes” maraklı nəliyyat vasitəsi ilə
toqquşması ilə nəticələnib.
Qəza yerinə gələn yol və post patrul xidməti əməkdaşları sərxoş
sürücünü bölməyə cəlb ediblər. Bundan sonra qəza yeri müayinə
edilib və müvafiq ekspertizalar aparılıb. Maddi ziyanın boyük
olduğu qəzanın tək təsəllisi insan itkisinin olmamasıdır. Faktı isə
Suraxanı rayon dövlət yol polis şöbəsi araşdıracaq.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO