Qırmızı.az
İcra başçısı təcavüz olayına görə kəndə gəldi - Video
İsmayıllı rayon Kürtmaşı kəndində məktəb direktorunun şagirdə təcavüzünü rayon prokurorluğu araşdıracaq.
Bu barədə Axar.az-a kənd sakinləri məlumat verib. Onların sözlərinə görə, bu gün səhər saatlarında rayon icra başçısı Mirdaməd Sadıqov polis rəisi və rayon prokuroru ilə birgə Kürtmaşı kəndinə gələrək, sakinlərlə görüşüb və onların narahatlıqlarını dinləyib.
Kənd sakinlərinin qaçqın məktəbinin direktoru, 56 yaşlı Zahid Namazovun azyaşlı şagirdə təcavüz etməsi və onun cəzalandırılması tələblərini nəzərə alınıb və işin araşdırılması aidiyyəti üzrə İsmayıllı Rayon Prokurorluğuna həvalə edilib. İstintaqın obyektiv aparılacağı və ədalətli qərar çıxarılacağı barədə verilən vəd sakinləri razı salıb.
Nə baş verib?
İsmayıllı rayonunun Kürtmaşı kəndində qaçqın məktəbinin direktoru Zahid Namazovun azyaşlı qıza təcavüz etdiyi iddia olunur. Kənd sakinlərinin qəzəbinə səbəb olan hadisənin üstü isə bir neçə gün öncə açılıb.
A. adlı qız evdən yoxa çıxıb. Göyçay rayon Qarayazı kəndindən bir oğlana ərə verilən qızın öz qız toyundan sonra yoxa çıxması ailənin narahatlığına səbəb olub. Anası Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə müraciət edib. Qız yoxa çıxandan 3 gün sonra tapılıb və məlum oldu ki, onu məktəb direktoru aparıbmış.
Sakinlərin sözlərinə görə, 56 yaşlı Zahid Namazov İsmayıllı rayon Kürdmaşı kəndi yaxınlığında qaçqınların məskunlaşdığı 15-20 evdən ibarət "Göbələk" adlanan yaşayış massivində yaşayır. Ağdam qaçqını olan direktorla hazırda 18 yaşı olan A.-nın 3 ildən çoxdur ki, münasibət varmış.
Qız polisdə Zahid Namazovun ona atalıq etdiyini və nişanlandığı oğlanla ailə həyatı qurmaq istəmədiyi üçün onun evdən qaçmasına kömək göstərdiyini, izdivac pozulduqdan sonra isə evə qayıtdığını bildirib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətindən verilən rəsmi açıqlamada da Z.Namazovun A.-ya atalıq etdiyi barədə İsmayıllı Rayon Polis Şöbəsinə izahat verdiyi bildirilirdi.
Kənd sakinləri isə dünən məktəbin yaxınlığında keçirdikləri aksiyada azyaşlı qıza təcavüz etdiyini bildirdikləri 56 yaşlı direktorun kənddən qovulmasını və həbsini tələb edirdilər.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR