Qırmızı.az
Bakıda Qarabağ əlili özünü yandırdı
Ötən gün Bakının Xəzər rayonu ərazisində ağır intihar hadisəsi baş verib. Xəzər rayon prokurorunun köməkçisi İlqar Hacızadənin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə axşam saatlarında Buzovna qəsəbəsi, Ordubadi küçəsi 29 ünvanında baş verib.
Belə ki, 1974-cü il təvəllüdlü Əli Ənvər oğlu Həsənov üzərinə
benzin tökərək özünə od vurub. Hadisə insanların gözü qarşısında
baş verib. Dəhşətli hadisədən sonra Əli Həsənovun bədəni bütünlüklə
yanıb. Ağır yanıq xəsarətlərilə xəstəxanaya aparılarkən Ə.Həsənov
yolda ölüb.
Qeyd edək ki, Əli Həsənov Qarabağ müharibəsi iştirakçısı olub.
Döyüşlərdə kontuziya alıb. Ə.Həsənovun evi, ailəsi olmayıb.
“Nə ailəsi olub, nə evi, nə də valideynləri. Qohumlarının evində
qalırmış. Hərə onu evində bir gün növbə ilə saxlayırmış”, - deyə
İlqar Hacızadə bildirib.
Faktla bağlı araşdırma davam edir.
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri